“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

İdman

10.02.2021 - 07:42

Matçın taleyi əlavə vaxtda həll olunub

 

Türkiyə kubokunda 1/4 final mərhələsi start götürüb. AYNA-nın məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.

 

İstanbul derbisində “Fənərbaxça” “Başakşəhər”i qəbul edib. Matçın taleyi əlavə vaxtda həll olunub. 

 

2:1 hesablı qələbə qazanan son çempion yarımfinala yüksəlib. “Başakşəhər”in rəqibi “Konyaspor” – “Beşiktaş” görüşündə bəlli olacaq.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər matçları fevralın 10-11-də keçiriləcək.

 

Türkiyə kuboku
1/4 final
9 fevral
“Fənərbaxça” – “Başakşəhər” – 1:2, əlavə vaxtda
Valensiya, 72 - Fernandes, 42, Qulbrandsen, 96

Müəllif: Ayna.az