“Tottenhem” Mourinyonu istefaya göndərib

İdman

20.04.2021 - 03:15

İstefanın səbəbləri açıqlanmayıb

 

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

 

AYNA xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

 

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefanın səbəbləri açıqlanmayıb.

 

Qeyd edək ki, Mourinyo 2019-cu ilin noyabrından “Tottenhem”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 32 oyuna topladığı 50 xalla 7-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az