"Qalatasaray" "Real"la eyni qrupda
Avqustun 29-da Monakoda futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. AYNA xəbər verir ki, Avropanın ən güclü 32 komandası hər birində dörd komanda olan səkkiz qrupa bölünüb.
Püşkatma belə nəticələnib:
A qrupu - “Paris Sen-Jermen”, “Real Madrid”, “Brügge”, “Qalatasaray”
B qrupu - “Bavariya”, “Tottenhem”, “Olimpiakos”, “Crevena Zvezda”
C qrupu - “Mançester Siti”, “Şaxtyor Donetsk”, “Dinamo Zaqreb”, “Atalanta”
D qrupu - “Yuventus”, “Atletiko Madrid”, “Bayer Leverkuzen”, “Lokomotiv”
E qrupu - “Liverpul”, “Napoli”, “Zaltsburq”, “Genk”
F qrupu - “Barselona”, “Borussiya Dortmund”, “İnter”, “Slaviya Praqa”
G qrupu - “Zenit”, “Benfika”, “Lion”, Leypziq”
H qrupu - “Çelsi”, “Ayaks”, “Valensiya”, “Lill”.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
UEFA Çempionlar Liqasının qrup mərhələsi altı turdan ibarət olacaq. Qarşılaşmalar sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, noyabrın 5-6-da və 26-27-də, dekabrın 10-11-də keçiriləcək.