Ronaldo ən yaxşı oldu

İdman

01.02.2020 - 01:39

Ronaldonun cari mövsümdə vurduğu qolların sayı isə 17-yə çatıb

                
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

 

AYNA xəbər verir ki, portuqaliyalı hücumçu cari ayda meydana çıxdığı 4 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə edib. Ronaldonun cari mövsümdə vurduğu qolların sayı isə 17-yə çatıb.

 

Qeyd edək ki, A Seriyasının bombardirlər sıyahısına Çiro İmmobile (“Latsio”) başçılıq edir. Hücumçu cari mövsümdə 23 qol vurub.

Müəllif: Ayna.az