Kubokun final matçı azarkeşsiz olacaq

İdman

25.04.2021 - 04:08

Yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək

 

Futbol üzrə Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

 

Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.

 

Qeyd edək ki, Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək. “Leyptsiq” “Verder”lə, Dortmund “Borussiya”sı isə “Holştayn Kil”lə qarşılaşacaq. 

Müəllif: Ayna.az