Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

İdman

17.10.2019 - 20:44

Noyabrın 19-da Slovakiya - Azərbaycan matçı keçiriləcək

 

Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. 

 

AYNA Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına Stadionda olacağını təsdiqləyib. 

 

Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. 

 

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Müəllif: Ayna.az