“Real” “Boluspor”dan qapıçı alıb

İdman

29.07.2020 - 04:15

İstedadlı qolkiper “Real”ın aşağı yaş komandasında özünü göstərməli olacaq

 

İspaniyanın “Real” klubu daha bir türkiyəli futbolçu transfer edib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Madrid təmsilçisi “Boluspor”un 17 yaşlı qapıçısı İhsan Efe Calışı heyətinə qatıb.

 

İstedadlı qolkiper “Real”ın aşağı yaş komandasında özünü göstərməli olacaq. O, son günlərdə bu kluba keçən ikinci türkiyəlidir. Ona qədər “Başakşəhər”in yetirməsi Deha Sarıahmet də “Kral klubu”na keçib.

 

Hər iki oyunçu yaxın günlərdə Madridə yollanacaq. Onlarla peşəkar müqavilə imzalandıqdan sonra klublarına transfer məbləği ödənəcək.

Müəllif: Ayna.az