Futbolçumuz Rusiya klubunu seçib
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev yeni klub ilə müqavilə imzalayıb. AYNA xəbər verir ki, 23 yaşlı hücumçu Rusiyanın “Dinamo” futbol klubu ilə müqavilə imzalayıb.
Futbolçu klubun rəsmi saytına açıqlama verərək deyib ki, “Dinamo” klubundan gələn təklif barəsində düşünüb və qərar verib.
“Çox şadam ki, “Dinamo” kluba kömək edim və Premyer Liqada yaxşı yer tutaraq avrokuboklara yüksəlsin. Danışıqlar uzun çəkmədi. Valideynlərimlə danışdım, bir az düşündüm və buradayam. Qarşıma hansısa xüsusi məqsəd qoymamışam, hər bir hücumçunun əsas hədəfi rəqib qapısıdır. Arzum və məqsədim “Dinamo”nu irəli aparmaqdır” - deyə futbolçu bildirib.