PSJ-nin 3 futbolçusu koronavirusa yoluxub

İdman

24.06.2020 - 02:42

Karantinə alınan şəxslərin həkim müayinəsinə başlanılıb

 

PSJ klubunda 4 nəfər koronavirusa yoluxub.

 

AYNA Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bildirilib ki, məşqlərin bərpasının gözlənildiyi bir vaxtda testin nəticəsi 4 nəfərdə müsbət çıxıb. Onlardan 3-ü futbolçu, 1-i isə məşqçidir. Karantinə alınan şəxslərin həkim müayinəsinə başlanılıb.

 

Qeyd edək ki, Fransa Liqa1-i erkən başa çatdırılıb və lider PSJ çempion elan edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə