Beluççi də Azərbaycanda işləyəcək

İdman

12.07.2020 - 15:39

“İndi hərəkətə keçmək və iş vaxtıdır”

 

İtaliyalı məşqçi Klaudio Belluççi Azərbaycan milli komandasında baş məşqçisi Canni de Byazinin köməkçisi olacağını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə Belluççi “Sky Sports”a açıqlamasında deyib.

 

“Onsuz da de Byazi ilə bir il işləmişəm, indi hərəkətə keçmək və iş vaxtıdır. Bu, bizim üçün bir fürsətdir”.

 

Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı gözlənilən Canni de Byazinin digər köməkçiləri Benni Karbone və Arif Əsədov olacaq.

Müəllif: Ayna.az