Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

İdman

01.08.2021 - 00:46

Həkimlər Klinikalar SEO Xidməti

Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək

 

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq.

 

Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.

 

Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.

 

Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.

 

Onlardan fərqli, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz olmaq üçün kubalı Arlen Lopesi yenməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.

 

1 avqust

03:30. Güllə atıcılığı, kişilər. 25 m məsafədən pnevmatik tapança ilə atəş açma. Təsnifat mərhələsi. Ruslan Lunyov

04:10. Atletika, qadınlar. Çəkicatma, təsnifat mərhələsi. Anna Skidan

13:51. Boks, kişilər. 81 kq, yarımfinal. Alfonso Dominqes – Arlen Lopes (Kuba)

Müəllif: Ayna.az