İngiltərə klubunun məşqçisi koronavirusa yoluxub

İdman

20.05.2020 - 05:11

Həkimlər Klinikalar SEO Xidməti

Voanın xəstəliyinin simptomsuz yarandığı bildirilir

 

İngiltərənin "Börnli" futbol komandasının məşqçisi Yan Voan koronavirusa yoluxub.

 

AYNA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər heyəti və futbolçular COVID-19 testindən ötən həftəsonu keçiblər. Voanın xəstəliyinin simptomsuz yarandığı bildirilir.

 

Baş məşqçi Şon Dayçın köməkçisi 7 günlük karantinə göndərilib. Lakin o, klub əməkdaşları ilə əlaqə saxlaya biləcək.

 

Qeyd edək ki, "Börnli" Premyer Liqada 29 oyundan 39 xalla 10-cu pillədə yer alıb.

Müəllif: Ayna.az