"Qəbələ" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

İdman

19.10.2019 - 19:07

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, VIII turun açılış matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. 

 

Qəbələ şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Qismət Alıyev açıb. Altı dəqiqə sonra isə İsmayıl İbrahimli bərabərlik qolunu vurub.

 

Qalan bölümdə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Premyer Liqada ilk dəfə xal itirib. Bununla belə, xallarını 22-yə çatdıran Ağdam komandası liderliyini qoruyur. Xallarını 6-ya çatdıran "Qəbələ" isə yenə 7-cidir.

 

Günün digər matçında "Keşlə" və "Sabah" görüşəcək. Tura isə oktyabrın 20-də keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

 

Müəllif: Ayna.az