"Arsenal"ın müsəlman futbolçusunun evindən cəsəd tapldı

İdman

27.07.2019 - 22:23

Polisə oyunçunun atası məlumat verib

 

Londonun “Arsenal” klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Əl-Nenninin evində şəxsiyyəti müəyyən edilməmiş meyit tapılıb. AYNA oxu.az-a istinadən xəbər verir ki, cəsəd futbolçunun Misirdə şəhər ətrafında tikilməkdə olan evində aşkarlanıb.

 

Meyit barədə polisə oyunçunun atası məlumat verib. Misirin Cinayət Axtarış Xidməti insidentin təfərrüatını araşdırmaq məqsədilə axtarışa başlayıb.

 

Qeyd edək ki, misirli futbolçu 2016-cı ildə “Bazel” klubundan İngiltərə təmsilçisinə transfer edilib.

Müəllif: Ayna.az