"Danışıqlar prosesinin bərpası Türkiyə lideri üçün prioritet olaraq qalır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb liderləri ilə Ukraynadakı münaqişənin həlli üçün danışıqların bərpasını müzakirə edir. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, "danışıqlar prosesinin bərpası Türkiyə lideri üçün prioritet olaraq qalır".
Mənbənin sözlərinə görə, Türkiyə bütün maraqlı tərəflərlə diplomatik əlaqələrini davam etdirir.
O əlavə edib ki, Ankara Rusiya və Ukrayna hökumətlərinin tezliklə dialoqa qayıtmasını dəstəkləyir.