Azərbaycanın daha bir atleti finala yüksəldi

İdman

28.09.2019 - 03:50

Qətərin paytaxtı Dohadakı dünya çempionatında Azərbaycanın daha bir atleti finala yüksəlib

Bu, üç təkanla tullanma yarışında baş verib. 

AYNA-nın məlumatına görə, Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Kubalı legioner adını həlledici mərhələyə yazdırıb.

Əvəzində qapalı manejdə Avropa çempionu Nazim Babayev 16,65 metr nəticə ilə 19-cu olub və 12 finalçı arasına düşə bilməyib.

Qeyd edək ki, daha əvvəl çəkicatma yarışında Anna Skidan da finala vəsiqə qazanıb.

Müəllif: Ayna.az