Maradona dünyasını dəyişib

İdman

25.11.2020 - 21:38

Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi

 

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib. AYNA "Clarin" nəşrinə istinadən xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.

 

Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

 

Qeyd edək ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi. Futbolçu karyerasında ölkəsinin "Arxentinos Xuniors", "Boka Xuniors", "Nyuell Old Boyz", İspaniyanın "Barselona", "Sevilya" və İtaliyanın "Napoli" komandalarının formasını geyinmiş forvardın klub yarışları səviyyəsində əsas uğuruı məhz Neapol təmsilçii ilə bağlıdır. Yığmada 91 oyun keçirmiş Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub.

 

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

Müəllif: Ayna.az