Çempionlar Liqasının qalibi müəyyənləşir

İdman

29.05.2021 - 08:21

Həkimlər Klinikalar SEO Xidməti

Oyun öncəsi komandaların heyətində zədəli və cəzalı futbolçu yoxdur

 

Bu gün UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək. AYNA-nın məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə İngiltərə təmsilçiləri üz-üzə gələcəklər.

 

Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda oynanılacaq matçda "Mançester Siti" və "Çelsi" komandaları qitənin ən güclüsünü müəyyənləşdirmək üçün mübarizə aparacaqlar. İspaniyalı FIFA referisi Antonio Mateu Laosun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

UEFA daha əvvəl final oyununun Türkiyənin İstanbul şəhərində olacağını açıqlasa da, sonradan pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən matçın yerini dəyişdirib.

 

Bu görüş Çempionlar Liqasında 3-cü ingilis finalı kimi tarixə düşəcək. 2007/2008 mövsümündə "Mançester Yunayted" və "Çelsi", 2018/2019 mövsümündə isə "Liverpul" və "Tottenhem" klubları həlledici oyunda qarşılaşıblar. "Şəhərlilər" bunadək "zadəganlar"a qarşı 3 finalın hər birində qalib gəliblər.

 

Oyun öncəsi komandaların heyətində zədəli və cəzalı futbolçu yoxdur.

 

UEFA Çempionlar Liqası

23:00. "Mançester Siti" (İngiltərə) - "Çelsi" (İngiltərə)

 

Baş hakim: Antonio Mateu Laos

 

Portuqaliya, "Draqau" stadionu.

 

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi Almaniya "Bavariya"sıdır.

Müəllif: Ayna.az