“Liverpul” bürünc medal qazandı

İdman

24.05.2021 - 06:55

“Arsenal” 26 il sonra avrokuboklardan kənarda qalıb

 

İngiltərənin ən məşhur klublarından biri olan “Arsenal” növbəti mövsüm 26 il sonra avrokuboklarda çıxış etməyəcək. AYNA-nın Oxu.az-a istinadən xəbərinə görə, İngiltərə Premyer Liqasında sonuncu – 38-ci turun oyunları keçirildikdən sonra avrokuboklarda iştirak edəcək klublar bilinib.

 

Beləliklə, 2021/22 mövsümündə UEFA Çempionlar Liqasında Mançester klubları ilə yanaşı, “Liverpul” və “Çelsi”nin də olacağı dəqiqləşib.

 

Əvvəlki ölkə çempionu “Liverpul” Premyer Liqada ardıcıl beşinci oyununda da qələbə qazanmaqla bürünc medalları əldə edib.

 

UEFA Avropa Liqasında “Lester” və “Vest Hem” mübarizə aparacaq. “Lester” 2:1 qalib gəldiyi görüşdə “Tottenhem”ə 2:4 uduzmaqla son turda Çempionlar Liqasından kənarda qalıb.

 

Avroliqada yarımfinala kimi gəlmiş “Arsenal” isə yeni yaradılmış Avropa Konfrans Liqasına da düşə bilməyib. London komandası “Brayton”a 2:0 qalib gəlməklə Premyer Liqada ardıcıl beşinci qələbəsini qazansa da, bu, Konfrans Liqasına vəsiqə verən yeddinci yeri tutmağa imkan verməyib. Azərbaycanın üç klubunun da yarışacağı Konfrans Liqasının pley-offunda digər London klubu “Tottenhem” çıxış edəcək.

 

Qeyd edək ki, “Arsenal” sonununcu dəfə 1994/95 mövsümündə Premyer Liqada 12-ci yer tutduğu üçün Avrokuboklardan kənarda qalmışdı.

Müəllif: Ayna.az