“Qarabağ”ın sabiq futbolçusu Türkiyə klubunda

İdman

26.12.2019 - 03:39

Con Delarj "Boluspor" klubuna transfer olunub

 

Mövsümün əvvəlində "Qarabağ"dan göndərilən Con Delarj Çexiyanın "Dinamo" klubundan da ayrılıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. O, qonşu ölkənin "Boluspor" klubuna transfer olunub.

 

Qeyd edək ki, "Qarabağ"  Delarjı ötən ilin iyulunda "Bursaspor"dan transfer etmişdi.

Müəllif: Ayna.az