2:0 hesablı qələbə zamanı vurulan ilk top yığmada 100-cü, ikinci isə 101-ci qol olub
Kriştiano Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoyub.
AYNA-nın məlumatına görə, 35 yaşlı hücumçu Millətlər Liqasının İsveçlə səfər matçında dubla imza atıb.
2:0 hesablı qələbə zamanı vurulan ilk top yığmada 100-cü, ikinci isə 101-ci qol olub.
Bununla da Ronaldo futbol tarixinə millidəki qol sayında 100-ü fəth edən ikinci oyunçu kimi düşüb. Portuqaliyalı yalnız İran yığmasının sabiq forvardı Əli Daeidən geri qalır. Rekordçunun aktivində 109 qol var.