İngiltərə Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.
AYNA xəbər verir ki, turun ən yadda qalan oyunlarından biri "Tottenham" və "Börnli" komandaları arasında baş tutub.
"Mahmızlar"ın 5 cavabsız qolla qalib gəldiyi matçı maraqlı edən məqam isə klubun Cənubi Koreyalı futbolçusu Son Xin Minin rəqib qapısından keçirdiyi qol olub.
Belə ki, Son Min qarşılaşmanın 32-ci dəqiqəsində meydanın özlərinə aid olan hissəsində topu rəqibdən alaraq komandasını əks hücuma keçirib. Lakin futbolçu komanda yoldaşlarını topla təmin etmək əvəzinə, rəqib qapısına qədər təkbaşına irəliləyib və reydini unudulmaz sonluqla başa çatdırıb.
Bununla da futbolçunun vurduğu qol "Tottenham" klubunun tarixinə keçib.