Millimiz Portuqaliyaya minimal hesabla uduzdu

İdman

25.03.2021 - 01:42

Həkimlər Klinikalar SEO Xidməti

Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb

 

DÇ-2022-nin seçmə mərhələsi start götürüb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi ilk oyununa çıxıb.

 

Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəliblər. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərində qəbul edib.

 

Əksəriyyət portuqaliyalılardan asan qələbə gözləsə də, heç də belə olmayıb. Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində hesabı açıb.

 

Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.

 

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Müəllif: Ayna.az