Mayın 7-dək davam edəcək yarışda 10 idmançımız tatamı üzərinə çıxacaq
Rusiyanın Kazan şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, sabah start götürəcək yarışda iştirak edəcək Azərbaycan cüdoçularının da rəqibləri bəlli olub.
Mayın 7-dək davam edəcək yarışda 10 idmançımız tatamı üzərinə çıxacaq. Onlardan yeddisi kişi, üçü qadın cüdoçudur.
Kişilər
60 kq, 1/16 final
Davud Məmmədsoy - Albert Oğuzov (Rusiya)
66 kq, 1/32 final
Elçin Hüseynov - Karmine Maria Di Loreto (İtaliya)
73 kq, 1/32 final
Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)
1/16 final
Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya)-Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
81 kq, 1/32 final
Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)
1/16 final
Murad Fətiyev - Terens Kuamba (Qabon)
+100 kq, 1/16 final
Camal Feyziyev - Marius Fizel (Slovakiya)
Qadınlar
48 kq, 1/16 final
Leyla Əliyeva - Melani Vieu (Fransa)
Aişə Qurbanlı - Katarina Mens (Almaniya)
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Lus Olveyra (Meksika)