"Qalatasaray" bütün əcnəbi oyunçularla yollarını ayıracaq

İdman

10.04.2020 - 08:56

"Növbəti mövsümü yalnız türkiyəli voleybolçularla keçirəcəyik"

 

Koronavirus pandemiyasının ciddi ziyan vurduğu klublardan olan "Qalatasaray" bunu sığortalamaq üçün tarixi qərar qəbul edib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, İstanbul klubunun voleybol komandası bütün əcnəbi oyunçuları ilə yollarını ayıracaq.

 

Bunu "sarı-qırmızılılar"ın voleybola məsul olan İdarə Heyətinin üzvü Okan Böke açıqlayıb. O bildirib ki, yeni mövsüm komanda bütünlüklə yerli voleybolçulardan ibarət olacaq: "Növbəti mövsümü yalnız türkiyəli voleybolçularla keçirəcəyik. Komandada yalnız bir əcnəbinin müqavilə müddəti gələn ilə qədərdir. Ancaq onunla da söhbətimiz olacaq".

 

"Qalatasaray" rəhbərliyi futbol komandasında ciddi dəyişiklik etməyi planlaşdırmır.

Müəllif: Ayna.az