Klub İngiltərə çempionatında 7 mininci qolunu vurub
“Liverpul” klubu İngiltərə çempionatında 7 mininci qolunu vurub. AYNA AzərTac-a istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXVI turunda “Şeffild Yunayted”lə görüşə təsadüf edib.
“Şeffild Yunayted”i 2:0 hesabı ilə məğlub edən oyunda Mersisayd təmsilçisinin sonuncu qolu tarixə düşüb. Həmin qolu 64-cü dəqiqədə Kin Brayan öz qapısına vurub.
“Liverpul” İngiltərə çempionatında 7 mininci qol vuran ikinci komanda olub. İlk belə nailiyyətə “Everton” imza atıb. Şəhərin digər təmsilçisinin aktivində 7108 qol var.
Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 1894/1895-ci mövsümündə debüt edib. "Qırmızılar" 19 dəfə qızıl medal qazanıblar.