“Keşlə” Yunis Hüseynova həvalə edilib

İdman

17.08.2020 - 03:16

Kluba yeni baş məşqçi təyin olunub

 

 “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. AYNA klubun rəsmi saytına istinadla xəbər verir ki, müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb.

 

Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

 

Qeyd edək ki, bundan əvvəl "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov idi.

Müəllif: Ayna.az