“Beşiktaş”ın 8 üzvü koronavirusa yoluxub

İdman

14.05.2020 - 15:40

Yoluxan şəxslərin dərhal müalicəsinə başlanılıb

 

Türkiyənin “Beşiktaş” futbol klubunun 8 üzvü koronavirusa yoluxub. AYNA qardaş ölkə mətbuatına istinadən məlumat verir ki, bu, klub üzvləri arasında keçirilən COVID-19 testinin nəticəsində bəlli olub.

 

Koronavirus testləri mayın 13-də “Beşiktaş”ın futbolçuları, texniki heyət və klubun digər əməkdaşları arasında aparılıb.

 

Test nəticələrinin açıqlanmasından sonra yoluxan şəxslərin dərhal müalicəsinə başlanılıb.

Müəllif: Ayna.az