Rusiya klubunun 6 oyunçusunda koronavirus tapılıb

İdman

18.06.2020 - 02:37

“Rostov” iki həftəlik karantinə göndərilib

 

Rusiyanın “Rostov” futbol klubunun 6 oyunçusunda koronavirus aşkarlanıb.

 

AYNA bildirir ki, bu barədə komandanın rəsmi saytında məlumat verilib.

 

Onlar - Roman Yeremenko, Dennis Hacıkaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseni Loqaşovdur.

 

“Rostov” iki həftəlik karantinə göndərilib. KİV-in məlumatına görə, Rusiya Premyer Liqasının 23-cü turunun “Soçi” – “Rostov” turu baş tutmayacaq. Onun taleyi daha sonra müəyyənləşdiriləcək.

Müəllif: Ayna.az