"Arsenal" "Liverpul"la matçda əzmkar qələbə qazanıb

İdman

16.07.2020 - 01:38

Həkimlər Klinikalar SEO Xidməti

Turun qalan oyunları 16-17 iyulda keçiriləcək

 

İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.

 

AYNA-nın Apasport.az-a istinadən  məlumatına görə, ikinci yerin sahibi "Mançester Siti" autsayderlər zonasında qərarlaşan "Bornmut"u məğlub edib.

 

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Vulverhempton" "Bernli"nin qonağı olub. Renatın yenə iştirak ərizəsinə düşmədiyi matçda "Vulverhempton" son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

 

"Tottenhem" səfərdə "Nyukasl"ı üstələyib. Çempion "Liverpul" isə Londonda "Arsenal"la bacarmayıb. "Topçular" hesabda geri düşsə də, əzmkar qələbəyə seviniblər.

 

Turun qalan oyunları 16-17 iyulda keçiriləcək.

 

İngiltərə Premyer Liqası
XXXVI tur
15 iyul


"Bernli" - "Vulverhempton" - 1:1
Vud, 90+6 (pen.) - Raul Ximenes, 77


"Mançester Siti" - "Bornmut" - 2:1
David Silva, 6; Qabriel Jezuş, 39 - Bruks, 88


"Nyukasl" - "Tottenhem" - 1:3
Riçi, 56 - Hun-Min Son, 27; Keyn, 60, 90


"Arsenal" - "Liverpul" - 2:1
Lyakazett, 32; Nelson, 44 - Mane, 20

Müəllif: Ayna.az