“Milan” səfərdən məğlubiyyətlə ayrıldı

İdman

27.09.2019 - 04:37

İtaliya A seriyasında V tur başa çatıb

AYNA-nın məlumatına görə, turun son günündə 1 qarşılaşma keçirilib.

“Torino” evdə “Milan”ı qəbul edib. Qonaqlar hesabı açsalar da, Turin təmsilçisi iki qol vuraraq əzmkar qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 28-29-da keçiriləcək.

İtaliya A seriyası
V tur
26 sentyabr
“Torino” – “Milan” – 2:1

Belotti, 72, 76 - Pyatek, 18 (pen.)

Müəllif: Ayna.az