“Fənərbaxça”nın sabiq futbolçusu koronavirusa yoluxub

İdman

28.06.2020 - 18:43

31 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb

 

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Jozef de Souza koronavirusa yoluxub. AYNA bildirir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”də forma geyinən 31 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

 

Qeyd edək ki, De Souza 2015-2018-ci illər aralığında “Fənərbaxça”da forma geyinib.

Müəllif: Ayna.az