32 yaşlı ispaniyalının müqaviləsi bu ilin yayında başa çatır
Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni hücumçu qatmağa qərar verib.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, İstanbul təmsilçisinin hədəfində olan forvard İtaliya “Napoli”sinin futbolçusu Xose Kalyexondur.
32 yaşlı ispaniyalının müqaviləsi bu ilin yayında başa çatır. Bu səbəbdən də “Fənərbaxça” hücumçunu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.
Düzdür, Kalyexonun xidmətində İspaniyanın 3-cü liqa təmsilçisi “Marbelya” da maraqlıdır. Çinli biznesmen Jao Jenin sahibi olduğu klub qısa müddətdə güclü heyət yığmaqda iddialıdır.
Qeyd edək ki, Kalyexon cari mövsümün 32 oyununda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.