Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyulub

İdman

18.06.2020 - 19:47

Ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb

 

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulub.

 

AYNA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

 

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

 

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.

Müəllif: Ayna.az