Arda Turanın "Qalatasaray"a qayıdışı rəsmiləşib

İdman

06.08.2020 - 01:53

Son klubu “Başakşəhər” olan Turanla 1+1 illik müqavilə imzalanıb

 

Türkiyənin “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.

 

AYNA-nın məlumatına görə, İstanbul təmsilçisi sabiq futbolçusu Arda Turanla keçidini rəsmiləşdirib.

 

Son klubu “Başakşəhər” olan Turanla 1+1 illik müqavilə imzalanıb. Futbolçu “sarı-qırmızılar”ın heyətində 66 nömrəli forma ilə çıxış edəcək. O, hər oyun üçün 200 min Türkiyə lirəsi qazanacaq.

 

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2004-11-ci illərdə də “Qalatasaray”da oynayıb.

Müəllif: Ayna.az