Belçika millisi İtaliya millisi ilə rəqib oldu

İdman

28.06.2021 - 02:49

Həkimlər Klinikalar SEO Xidməti

Appeninlər matçdan məğlub ayrılıb

 

AVRO-2020-də 1/4 finalın daha bir cütü dəqiqləşib. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Münhendəki qarşılaşmada İtaliya ilə görüşəcək komanda bəlli olub.

 

Apenninlilərin rəqibi Belçika – Portuqaliya matçında müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn Belçika iyulun 2-də İtaliya ilə üz-üzə gələcək. Almaniyadakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, bunadək Bakıdakı 1/4 finalın tərkibi bəlli olub. İyulun 3-dəki qarşılaşmada Çexiya ilə Danimarka üz-üzə gələcək.

 

AVRO-2020

1/4 final

 

2 iyul

 

23:00. Münhen. Belçika – İtaliya

 

3 iyul

 

20:00. Bakı. Çexiya - Danimarka

Müəllif: Ayna.az