Hadisə zamanı qapıçı xəsarət almayıb
İngiltərənin “Mançester Yunayted” futbol komandasının qapıçısı Serxio Romero qəza törədib.
AYNA-nın oxu.az-a istinadən xəbərinə görə, o, Karrinqtonda klubun bazası yaxınlığında avtomobil qəzasına düşüb.
Onun “Lamborghini” markalı avtomobili yol kənarındakı dəmirə çırpılıb.
Hadisə zamanı qapıçı xəsarət almayıb.
Qəzanın səbəbi məlum deyil.