Teymur Rəcəbov finala çıxa bilməyib

İdman

29.05.2021 - 23:30

Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1

 

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.

 

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.

 

Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.

 

Çempionlar Turu, VI mərhələ

 

The FTX Crypto Cup

 

29 may

 

Yarımfinal, cavab görüşləri

 

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)

 

İlk oyun - 2:2

 

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)

 

İlk oyun - 2,5:1,5

 

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Müəllif: Ayna.az