“Barselona” klubunun üzvləri Bakıya gəliblər

İdman

23.11.2026 - 23:21

Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar

İspaniyanın “Barselona” futbol klubunun üzvləri Bakıya gəliblər. AYNA.AZ Apasport-a istinadən xəbər verir ki, komandanın üzvlərini gətirən təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Sabah” klubu ilə qarşılaşacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş