Futbolçunun evində axtarış aparılıb və mobil telefonu, kompüteri müsadirə edilib
Almaniya Milli Futbol Komandasının məşhur oyunçularından biri olan Kristof Metzelderə qarşı istintaq işi açılıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçu uşaq pornoqrafiyası iddiası ittihamı ilə nəzarətə götürülüb.
Hamburq Prokurorluğunun göstərişi ilə Metzelderin Düsseldorfdakı evində axtarış aparılmağa başladılıb və mobil telefonu, kompüteri müsadirə edilib.
İddialara görə, futbolçudan keçmiş sevgilisi şikayət edib. Qadın Metzelderin telefonundan özünə göndərdiyi 15 uşaq pornosunu da sübut olaraq istintaqa təqdim edib.