Rutte NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını istisna edib

Dünya

24.11.2026 - 10:09

“NATO-da heç kim sərhədləri 1997-ci il vəziyyətinə qaytarmağın yaxşı fikir olduğunu düşünmür"

“NATO-da heç kim sərhədləri 1997-ci il vəziyyətinə qaytarmağın yaxşı fikir olduğunu düşünmür". AYNA.AZ "The Guardian" qəzetinə istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Ukrayna üzrə sülh danışıqlarında Kreml nümayəndələrinin tələbinə münasibətdə deyib.

Rutte Moskvanın tələblərinə əməl etməyin bütün Şərqi Avropanı əhatə edən keçmiş SSRİ təsir zonasını qaytarmağa bərabər olacağına işarə edib.

Rutte həmçinin üç Rusiyanın “X-101” raketi tərəfindən Polşa hava məkanının pozulmasını "təhlükəli " adlandırıb. Lakin NATO-nun baş katibi mövcud vəziyyətdə Alyansın hərəkətləri ilə bağlı qəti cavab verməkdən yayınıb.

"Mən bu barədə yalnız Polşa və digər NATO müttəfiqlərinin birgə işi nəticəsində əldə etdiyimiz dəlillərdən sonra şərh verə biləcəyəm", - bildirib.

Qeyd edək ki, Kreml nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda və Prezident Vladimir Putin Ağ Evin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən görüşdə NATO-ya "1997-ci il sərhədləri" üçün təzyiq göstərib. Bu, Alyansın son 30 ildə NATO-ya qoşulan ölkələrdəki hərbi mövcudluğunu azaltmasını və Ukrayna və digər postsovet dövlətləri ilə əməkdaşlığına son qoymasını tələb etməkdir.

Xatırladaq ki, 1997-2024-cü illər arasında Şimali Atlantika Alyansı üzv dövlətlərinin sayını ikiqat artıraraq 16-dan 32-yə çatdırıb. Buraya bütün keçmiş Varşava Paktının üzvləri, Baltikyanı ölkələr, parçalanmış sosialist Yuqoslaviyanın altı respublikasından dördü, eləcə də Albaniya, Finlandiya və İsveç daxildir. Moskvanın "1997-ci il sərhədləri" ilə bağlı tələbləri ilk dəfə 2021-ci ilin dekabrında, Ukraynanın tammiqyaslı işğalından bir neçə həftə əvvəl səsləndirilmişdi. Daha sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-dan "çantalarını yığışdırmağı" tələb etdi və bloku Rusiyanı "kənara çəkmək" və "onu tabeçiliyə götürmək" cəhdində günahlandırdı.

Eyni zamanda, NATO-nun hazırkı nizamnaməsinin 10-cu maddəsi "açıq qapı" siyasətini elan edir. İstənilən dövlət öz istəyi ilə və mövcud üzvlərin razılığı ilə təşkilatın üzvü ola bilər və heç bir üçüncü tərəfin müdaxiləsi nəzərdə tutulmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş