Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq

İdman

06.10.2019 - 13:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq

 

VII turun son oyun günündə 2 matç keçiriləcək. AYNA xəbər verir ki, əvvəlcə 7 xalla 5-ci sırada qərarlaşan “Zirə” 4 xalla sonuncu yerdəki “Qəbələ”ni qəbul edəcək. Bu komandalar indiyədək milli çempionatda 16 dəfə qarşılaşıblar. Onlardan 4-də qəsəbə, 5-də isə əyalət təmsilçisi qalib gəlib. 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

 

Həftənin son matçı 100 faizlik nəticə ilə vahid lider olan “Qarabağ” 5 xalla 7-ci pillədəki “Sabah”ı qəbul edəcək. Bu kollektivlərin əvvəlki 4 görüşündə ağdamlılar uduzmayıblar - 2 qələbə, 2 bərabərlik.

 

Qeyd edək ki, tur başa çatandan sonra milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatlarında fasilə yaranacaq. Premyer Liqada II dövrəyə oktyabrın 19-da start veriləcək.


Premyer Liqa

VII tur

6 oktyabr (bazar)

 


18:00. “Zirə” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Zirə İdman Kompleksinin stadionu

 

20:30. “Qarabağ” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu

 

Müəllif: Ayna.az