Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib

İdman

13.10.2019 - 15:43

Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

"Əziz Aydın,

 

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

 

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

 

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

 

Müəllif: Ayna.az