"Tottenhem" "Mançester Siti"yə qalib gəlib

İdman

03.02.2020 - 00:46

"Tottenhem" İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci yeri tutur

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun matçında London "Tottenhem"i "Mançester Siti" üzərində qələbə qazanıb. AYNA xəbər verir ki, Londonda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

 

“Tottenhem”in heyətində Stiven Berqveyn və Son Xın Min fərqlənib.

 

60-cı dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenko qırmızı vərəqə alıb.

 

"Tottenhem" 25 turdan sonra 37 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci yeri tutur. "Mançester Siti" 51 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az