Noyer Almaniyada ötən ilin ən yaxşı futbolçusu seçilib

İdman

10.01.2021 - 23:26

34 yaşlı qapıçı 2020-ci ildə Münhen təmsilçisinin heyətində mümkün bütün mükfatları qazanıb

 

Almaniyada 2020-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer qalib olub.

 

34 yaşlı qolkiper 2020-ci ildə Münhen təmsilçisinin heyətində mümkün bütün mükfatları- Çempionlar Liqasını, UEFA Superkubokunu, Almaniya kubokunu, Bundesliqanı qazanıb.

 

Bundan əvvəl Noyer Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası  tərəfindən ilin qapıçısı seçilmişdi. O, Çempionlar Liqasında da ən çox seyv edən qolkiper olub. Həmçinin futbolçu, milli komandanın azarkeşləri tərəfindən də ilin ən yaxşı oyunçusu seçilib.

 

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, 2009-cu ildən Almaniya millisinin üzvüdür.

Müəllif: Ayna.az