“Qalatasaray” Bakıya gələcək

İdman

31.08.2020 - 15:50

Həkimlər Klinikalar SEO Xidməti

“Qarabağ”ın və “Neftçi”nin növbəti rəqibi müəyyənləşib

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi müəyyənləşib. AYNA xəbər verir ki, Azərbaycan çempionunun bu mərhələdəki rəqibi Norveçin “Molde” klubu olub.

 

Qeyd edək ki, “Qarabağ” bu rəqibi ilə 15-16 sentyabrda qarşılaşacaq. “Qarabağ” rəqibini Bakıda qəbul edəcək.

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki təmsilçimiz “Neftçi”nin də rəqibi bilinib. Bakı klubunun rəqibi “Qalatasaray” olacaq.

 

Qeyd edək ki, bu görüş sentyabrın 17-də keçiriləcək. “Neftçi” rəqibini öz meydanında qəbul edəcək. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş