Şahmatçımız Dünya Kubokunun finalına qələbə qazanıb
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunda üçüncü final görüşünü keçirib. AYNA xəbər verir ki, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən görüşdə, 32 yaşlı Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb.
Görüş 46-cı gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.
Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də “tay-breyk” olacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.