Azarkeşlərin oyunda fişəng yandırmaları cəzaya səbəb olub
UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.
AYNA xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin "Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları səbəb olub.
Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.