"Fənərbağça"nın baş məşqçisi istefa verdi

İdman

24.02.2020 - 00:49

"Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib

 

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

 

AYNA-nın məlumatına görə, bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.

 

Qeyd edək ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

Müəllif: Ayna.az