Bu gün "Avro-2020”-nin final oyunu keçiriləcək

İdman

11.07.2021 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə İtaliya və İngiltərə milli komandaları üz-üzə gələcək

 

Bu gün Bakı vaxtı ilə saat 23:00-da futbol üzrə Avropa çempionatının final görüşü keçiriləcək. AYNA xəbər verir ki, Londondakı "Uembli" stadionunda baş tutacaq görüşdə İtaliya və İngiltərə milli komandaları üz-üzə gələcək.

 

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

 

Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb.

 

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıb.

Müəllif: Ayna.az